17-21 oktyabr, 2022-ci il tarixlərində, COVİD-19 pandemiyası ilə əlaqədar fasilədən sonra, Ədliyyə Nazirliyi Tibb baş idarəsi nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzi plan üzrə növbəti “Qısaldılmış müalicə rejimləri dövründə həbsxanalarda vərəmə nəzarətin gücləndirilməsi” mövzusunda Beynəlxalq Təlim kursu keçirmişdir.
Təlimlərin gedişatında iştirakçılara ÜST Avropa Bürosunun, ÜST baş ofisinin, həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə ƏM-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və GDF təşkilatlarının ekspertləri tərəfindən vərəmlə və onun çoxsaylı dərmanlara davamlı formaları ilə mübarizəyə dair ən yeni tövsiyələr haqqında məlumat təqdim edilmişdir. Penitensiar müəssisələrə başçəkmələr zamanı iştirakşılara ÜST-ün həbsxanalarda vərəmlə mübarizəyə dair tövsiyələrinin tətbiq edilməsi sahəsində praktiki təcrübə qazandırılmışdır.
Təlimə dinləyici qismində Ğırğızıstan, Bolqarıstan, Moldova və Qazağıstan ölkələrinin Səhiyyə və Ədliyyə Nazirlikləri, eyni zamanda Beynəlxalq Təşkilatların nümayəndəsi qatılmışdır.
İştirakçıların təlim barədə verdiyi müsbət rəylər ilə yanaşı, məhbuslar arasında vərəmlə mübarizə sahəsində qabaqcıl təcrübənin yeridilməsinin vacibliyi vurğulanmışdır.
Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində növbəti Beynəlxalq Təlim keçirilir
20.10.2022