Şəki və Gəncədə Qlobal Fondun Penitensiar müəssisələrdə icra etdiyi Vərəm/İİV layihəsi çərçivəsində icra olunan fəaliyyətlərə dair görüş

10.12.2022

Qlobal Fondun maliyyə dəstəyi ilə Azərbaycanın penitensiar müəssisələrində icra edilən Vərəm/İİV qrant layihəsinin fəaliyyətlərin müzakirəsinə dair növbəti görüşlər regionlarda keçirilmişdir. 9 və 10 dekabr tarixlərində, müvafiq olaraq, Şəki penitensiar müəssisəsinin və Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasının, ümumilikdə, 30 tibb və penitensiar xidmət əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə penitensiar müəssisələrdə vərəmin və İİV-in aşkarlanması və bu patologiyalarla əlaqəli görülən işlərlə bağlı aktual mövzular səsləndirilmişdir.