26-27 fevral, 2013-cü il tarixlərində, ƏN-nin Təlim Mərkəzində keçiriləcək növbəti təlim kursunun mövzusu “Həbsxanalarda vərəm: Müasir problemlər və cavab tədbirləri” olacaq. Penitensiar müəssisələrin tibb-sanitar hissələrində çalışan 11 həkimin iştirakı planlaşdırılan seminar ƏN TBİ tərəfindən təşkil olunur. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim ediləcək.