İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyasının (IMHBA) 2013-cü ilin "Səhiyyə" nominasiyasında mükafatı

04.11.2013

    Azərbaycanın Penitensiar Sistemində Vərəmə nəzarət proqramı Penitensiar sistemin tibb sahəsində əldə edilmiş yüksək nəticələrə və peşəkar səylərinə görə, İslah Müəssisələri və Həbsxanalar  Beynəlxalq Assosiasiyasının (IMHBA) 2013-cü ilin  "Səhiyyə" nominasiyasında mükafatına  layiq görülmüşdür.
 
     Mükafat, 27 oktyabr-1 noyabr tarixlərində, ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən, dünyanın ictimai, könüllü, akademik və özəl sektorlarından cəzaçəkmə üzrə bir çox lider və ekspertlərinin iştirak etdiyi IMHBA 15-ci İllik Ümumi Yığıncağı (IÜY) və Konfransında ƏN TBİ nümayəndələrinə təqdim edilmişdir.
 
    İMBHA – Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının nəzdində xüsusi konsultativ statusu olan qeyri-hökumət təşkilatıdır. BCHA həbsxana sektorunda qlobal anlaşılmanı və peşəkarlığı mükəmməlləşdirmək məqsədi ilə, CÇM və həbsxana mütəxəssisləri Assosiasiyası kimi fəaliyyət göstərmək üçün təsis edilmişdir.  Assosiasiyanın,  cinayətkarın idarəolunması və reinteqrasiya; təlim və inkişaf;  icmalarda cəzaçəkmə sahələrində diqqətəlayiq layihələrin və qabaqcıl təcrübəyə edilən töhfələrin tanınması və qiymətləndirilməsi üçün beynəlxalq  mükafat proqramı, həmçinin, xüsusilə Assosiasiyanın fəaliyyətinə görə 2 mükafatı mövcuddur.