20 fevral, 2014-cü il tarixində, ƏN TBİ-nin Penitensiar Sistemdə vərəmə nəzarətin gücləndirilməsi üzrə Təlim Mərkəzində “Azadlığa buraxılan xəstələrin DOT məntəqələrində müalicəsinin davamının monitorinqi və qiymətləndirilməsi” mövzusunda ikigünlük təlim kursu keçirilmişdir. ƏN TBİ-nin dəstəyi ilə təşkil edilən təlim kursu İMM-nin həkimləri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin (İB) əməkdaşları, Milli Vərəm proqramının əməkdaşları üçün nəzərdə tutulmuşdu. Təlimin məqsədi “Sağlamlığa Xidmət” İB layihəsi çərçivəsində xidmət göstərən DOT məntəqələrinin iş fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi sahəsində təcrübəni təkmilləşdirməkdən ibarət idi.
“Azadlığa buraxılan xəstələrin DOT məntəqələrində müalicəsinin davamının monitorinqi və qiymətləndirilməsi” mövzusunda təlim
20.02.2014