2012-ci ilin mart ayında, penitensiar sistemin tibb və qeyri-tibb personalının biliklərinin, potenisalının və peşəkar bacarıqlarının artırılması, həbsxanalarda vərəmə nəzarət üzrə bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması məqsədi ilə təsis edilmiş AR ƏN TBİ Vərəmə nəzarət üzrə Təlim Mərkəzinə cari ilin mart ayında həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi (ƏM) statusu verilmişdir. ÜST ƏM Təlim Mərkəzi ÜST-ün strategiya və təlimatlarını yüksək keyfiyyətlə, həbsxanalarda vərəmə nəzarət üzrə sübutlara əsaslanmış biliklərə əsaslanaraq, ÜST-ün texniki yardımı ilə dünya miqyasında Milli Vərəm Proqramlarına və həbsxanalarda mövcud olan vərəmə nəzarət üzrə proqramlara nümayiş etdirəcək.
Daha geniş məlumatı aşağıdakı ünvanda tapa bilərsiniz:http://www.euro.who.int/en/health-topics/communicable-diseases/tuberculosis/partners/who-collaborating-centre-on-prevention-and-control-of-tuberculosis-in-prisons