19 may 2015-ci il tarixində, Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində “İxtisaslaşdırılmış müalicə müəssisəsində xəstəxanadaxili vərəmin yayılmasına qarşı tətbiq olunan infeksion nəzarət tədbirləri” mövzusunda təlim keçirilmişdir. ƏN TBİ tərəfindən İMM Penitensiar Xidmətinin nəzarətçiləri üçün təşkil edilən təlimin məqsədi iştirakçıları, Azərbaycanın Penitensiar sistemində vərəmə nəzarət üzrə Təlimata müvafiq, infeksion nəzarət tədbirlərinin səviyyələri ilə tanış etmək və xəstəxanadaxili infeksiyanın yayılmasının qarşısının alınmasında bu tədbirlərin əhəmiyyətini anlatmaq olmuşdur.
“İxtisaslaşdırılmış müalicə müəssisəsində xəstəxanadaxili vərəmin yayılmasına qarşı tətbiq olunan infeksion nəzarət tədbirləri” mövzusunda təlim
21.05.2015