29-30 iyun 2015-ci il tarixlərində həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) “ÇDD vərəmin idarə olunmasında çətinliklər və ÜST-nin yeni tövsiyələri” mövzusunda ikigünlük təlim keçirilmişdir. Qlobal Fond və ƏN TBİ tərəfindən təşkil edilən təlim kursu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində çalışan həkimlər üçün nəzərdə tutulmuşdur. Təlimin məqsədi İMM-də dərmanlara davamlı vərəmin idarə olunmasında müşahidə olunan çətinliklərin aradan qaldırılması və iştirakçıları ÜST-nin yeni yanaşmaları ilə tanış etmək idi.
“ÇDD vərəmin idarə olunmasında çətinliklər və ÜST-nin yeni tövsiyələri” mövzusunda təlim kursu
03.07.2015