Sağlamlığa Xidmət

Sub-Resipiyent- “SAĞLAMLIĞA XİDMƏT” 
ictimai birliyi haqqında
 
“Sağlamlığa Xidmət” ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük prinsipləri əsasında 26 aprel 2010-cu ildə yaradılan, qeyri-hökümət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Birlik fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər  normativ-hüquqi aktlar və nizamnamə əsasında həyata keçirir.
 
“Sağlamlığa Xidmət” ictimai birliyi 6 avqust 2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və öz nizamnaməsinə uyğun olaraq Qeyri-hökumət təşkilatlatı kimi fəaliyyətə başlamışdır. Birliyin ali orqanı ildə bir dəfədən az olma-yaraq çağırılan Ümumi Yığıncaqdır. Birlik iki təsisçidən idarə heyəti və katibdən ibarətdir. Birliyin rəhbəri Muxtarlı Elçin Təvəkgül oğludur.
 
Birliyin fəaliyyətini əsas məqsədi əhali arasında müxtəlif xəstəliklərdən, xüsusilə vərəm, QİÇS, narkomaniya, hepatit, malyariya və bu kimi digər xəstəliklərdən əziyyət çəkən şəxslərə tibbi qayğı göstərmək və bu qrupdan olan insanların cəmiyyətdə sağlam həyat tərzi sürmələrinə dəstək  göstərməkdir”.  
 
“Sağlamlığa Xidmət” ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (Qlobal Fondun 9-cu raund vərəm layihəsinin Əsas Resipiyent), Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində 2011-2012-ci illər müddətində sub-resipiyent qismində vərəm əleyhinə müalicəni başa çatdırmadan azadlığa buraxılan keçmiş məhbusların mülki sektorda müalicələrini davam etdirmələrinin təşkili, nəzarəti və dəstəyi layihəsi mövzusunda 28 yanvar 2011-ci ildə keçirilən tenderdə iştirak etmiş və tendərin qalibi olmuşdur.
Tenderin nəticəsi olaraq “Sağlamlığa Xidmət” ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ilə 26 fevral 2011-ci ildə "Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi" layihəsi çərçivəsində azadlığa buraxılan keçmiş məhkumların müalicələrini davam etdirmələrinin təşkili, nəzarəti və dəstəyi layihəsi həyata keçirilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalamış və 1 mart 2011-ci ildə layihənin icrasına başlamışdır. 
 
Layihənin işçi heyətinin tərkibi:

Elçin Mukhtarlı - Layihə rəhbəri
Fuad Həsənov - Layihə koordinatoru
Samirə Muxtarova - Layihə koordinatoru
Xəyalə Əhmədova - Layihə assistenti
Elnur Mikayılov - Baş mühasib
Hamid Babayev - Həbsxanada müalicəyə sadiqlik üzrə məsləhətçi
Əziz Musayev - Müalicəyə sadiqlik üzrə məsləhətçi


Könüllülərin texniki qrupu Könüllülər qrupu
Əsgər İsmayılov, f.e.d. İntiqam Kərimov
Elmira Qurbanova, Dr. Etibar Haciyev
Rasim Tahirli, Dr. Ramiz Vilayətov
   
 
Layihənin məqsədi, dərmanlara davamlılığın profilaktikasında mühüm əhəmiyyət kəsb edən DOTS-un əsas istiqamətlərinin tətbiq edilməsi və məhkumların dərmanlara həssas (DH) və dərmanlara davamlı (DD) vərəmin vaxtında və keyfiyyətli diaqnostikası və müalicəsindən universal istifadə imkanının təşkilidir. Layihə çərçivəsində “Sağlamlığa Xidmət” ictimai birliyi azadlığa buraxılan vərəm xəstələrinə sosial dəstək göstərir və müalicə sona çatana kimi onların müayinə və müalicələrinə nəzarət edir. Azadlığa buraxılan vərəm xəstələrinin tam kurs müalicə almasına kömək göstərmək və müalicəyə sadiqliyi artırmaq məqsədilə xəstələrə müalicədə olduqları müddətdə hər ay baş çəkilir, onların dərmanları çatdırılır və aylıq ərzaq məhsulları və yol xərci ilə təmin edilir.
 
 
Layihədə eyni zamanda bu qrupd an olan xəstələrin müalicəsi ilə məşğul olan tibb işçisinə aylıq həvəsləndiricilər verilir və uğurlu müalicənin sonunda onlar mükafatlandırılır. 
 
“Sağlamlığa Xidmət” ictimai birliyi əlaqə məlumatları:
Ünvan: Bakı şəh. Heydar Aliyev prospekti 80/2
QHT-nin telefonları: 012 5674886; 077 3310548
Elektron poçt ünvanı: elchin_mukhtarli@yahoo.com
İnternet səhifəsi: hazırlanma mərhələsində