Ministry of Justice
of the Azerbaijan Republic
 
 
 

MMD MoJ announces competition for local NGOs

12.07.2021

İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda İİV/QİÇS və vərəm ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ayırdığı qrant çərçivəsində Penitensiar müəssisələrdə fəaliyyətlərin icra edilməsi üçün Əsas Resipiyent (ƏR) - Səhiyyə Nazirliyi ilə Sub-resipiyent (SR)- Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Layihənin əsas məqsədi Azərbaycanda riskli əhali qruplarına zəruri olan İİV profilaktikası, diaqnostikası, müalicəsi, qayğı və dəstəyə çıxışını genişləndirməklə, İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılması, eyni zamanda, Vərəmin (o cümlədən, DD Vərəmin) yeni hallarını, yayılma səviyyəsini və ölüm faizini əhəmiyyətli dərəcədə azaltmaqla Vərəmin sosial-iqtisadi yükünü azaltmaqdan ibarətdir.

ƏN TBİ yerli qeyri-hökumət təşkilatlarını Sub-resipiyent olduğu “Azərbaycan Respublikasında yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsi çərçivəsində aşağıdakı fəaliyyətlərin icra edilməsi üçün müsabiqədə iştirak etməyə dəvət edir:

  • Məhkumlara, xüsusilə risk qrupunda olan şəxslərə İİV/QİÇS-lə və digər yoluxucu xəstəliklərlə bağlı daha ətraflı maarifləndirilmə işinin aparılması;
  • Cəzaçəkmə müəssisəsində fərdi və qrup şəklində məhkumlarla zərərin azaldılması proqramları və sağlamlıq otaqlarının fəaliyyəti ilə bağlı maarifləndirmənin aparılması;
  • İİV/QİÇS-lə bağlı könüllü müayinədən keçməyə məhkumarı yönləndirilmə;
  • Məhkumlara İİV/QİÇS xəstələrinin ARV-terapiya keçməsinə köməklik, ARV-dən imtina edən şəxslərin ARV-yə davamlılığının həvəsləndiriməsi; 
  • Məhkumlara “Zərərin azaldılması”  layihələri haqqında məlumatın verilməsi və layihələrin həyata keçirilməsinə hazırlıq;
  • İNİ və İİV daşıyıcısı olan məhkumlara psixoloji yardımın göstərilməsi;
  • Emosional psixoloji durumunda problemlər yaranan məhkumlara psixoloji yardımın göstərilməsi;
  • Azadlığa çıxmaq ərəfəsində olan məhkumların sosial adaptasiyasına dəstəyin göstərilməsi və xüsusi riskli məhkumların zərərin azaldılması proqramlarına yönləndirilməsi;
  • İİV riskli şəxslərin müayinədən keçməyə istiqamətləndirilmə və ARV-terapiyanın davamlılığının təmin edilməsi.

 
Layihənin müddəti: 1 iyul 2021-ci il - 30 iyun 2024-cü il

Müraciət edən QHT-lərə tələblər:

  • Penitensiar müəssisələrdə iş təcrübəsinin olması;

  • Məhkumlarla və risk qrupları ilə iş təcrübəsinin olması;

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək; 

  • Yerli qanunvericiliyə və Qlobal Fondun qaydalarına müvafiq, 1C maliyyə proqramında mütəmadi və dəqiq maliyyə hesabatlarını hazırlamaq bacarığı;  

  • Mütəmadi və dəqiq proqram hesabatları vermək bacarığı; 

  • Yerli qanunvericiliyə uyğun olaraq bütün işçilərlə əmək/xidmət müqaviləsi bağlamaq; 

  • Layihənin icrası, proqram və maliyyə idarəçiliyi üçün tələblərə cavab verən uyğun bacarıq və resursların mövcud olması;

  • Konfidensiallığın qorunmasının təmin edilməsi.


Vəzifə öhdəlikləri ilə linkə keçid almaqla tanış olmaq olar. 

Müraciətlər 28 iyul 2021-ci il, 14.00-a qədər office@prisonhealth.az ünvanına göndərilməlidir.

Tələblərə cavab verən QHT ƏN TBİ-nin xüsusi komissiyası tərəfindən seçiləcək.  Komissiyaya ƏN TBİ, ƏN TBİ LİQ və Səhiyyə Nazirliyi Əlaqələndirmə Bürosunun nümayəndələri daxildir.