ÜST-lə Əməkdaşlıq.

Vərəmə nəzarətin gücləndirilməsi üzrə Təlim Mərkəzi 2012-ci ilin martında təsdiq edilmişdir, lakin vərəmlə mübarizə layihəsi çərçivəsində və beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq aktiv fəaliyyət göstərir.

Təlim mərkəzinin əsas işçi heyəti aşağıdakılardan ibarətdir:

  • ÜST (WHO) ekspertləri
  • Vərəmə nəzarət üzrə təcrübəli menecerlər
  • Peşəkar səhiyyə mütəxəssisləri

Mərkəzin təlimçiləri ÜST beynəlxalq eksperti tərəfindən keçirilən TOT (təlimçilərin təlimləndirilməsi) kursunu keçmiş və təlimlərin keçirilməsində zəngin təcrübəyə malikdirlər.

2014-cü ilin may ayında Təlim Mərkəzi həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi Statusu qazanmış və ÜST-ün müvafiq bazasına daxil edilmişdir:

http://apps.who.int/whocc/Detail.aspx?cc_ref=AZE-1&cc_code=aze&

2018-ci ilin may ayında mərkəzin statusu növbəti 4 il müddətinə uzadılmışdır.


Təlimlərin proqramı ÜST-ün müasir tövsiyələrinə əsaslanır və həbsxanalarda vərəmə və dərmanlara-davamlı vərəmə nəzarət üzrə Proqramın əsas aspektlərini özündə əks etdirir.

Hər il müxtəlif auditoriyalar üçün təxminən 16 yerli təlim kursu təşkil edilir:

  • Penitensiar sistemin qeyri-tibb personalı
  • Periferik tibb müəssisələrinin tibb işçiləri (PS ilkin tibbi yardım mərkəzləri)
  • İkinci səviyyəli tibb müəssisələrinin tibb personalı (ümumi profilli xəstəxanalar)
  • Üçüncü səviyyəli tibb müəssisələrinin personalı (İxtisaslaşdırılmış Müalicə Müəssisələri)
  • 1–3 səviyyəli laboratoriyaların laborantları

2012-ci ildən bu günədək:

  • 8 beynəlxalq tədris kursu keçirilmişdir
  • 17 ölkədən 96 dinləyici iştirak etmişdir

İştirakçı ölkələr: İtaliya, Rusiya, Cənubi Afrika, El-Salvador, Filippin, Şri-Lanka, Makedoniya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Moldova, Ukrayna.


Yerli təlimlər:

  • 503 həkim
  • 307 orta tibb işçisi
  • 490 penitensiar xidmət əməkdaşı
  • 87 Səhiyyə Nazirliyi tibb müəssisələrinin həkimi

Təlimlərin hədəf auditoriyası:

  • İxtisaslaşdırılmış müalicə müəssisələrinin (İMM) həkimləri və orta tibb işçiləri
  • İMM-nin qeyri-tibb personalı
  • Penitensiar müəssisələrin həkimləri, laboratoriya əməkdaşları
  • Penitensiar xidmətin inzibati və əməliyyat heyəti
  • Səhiyyə Nazirliyinin vərəməleyhi tibb müəssisələrinin əməkdaşları
  • Yeni işə qəbul olunmuş tibb işçiləri
  • Xarici ölkələrin nümayəndələri

Təlim mövzuları:

  • Vərəmin diaqnostikası və müalicəsinin müasir metodları
  • ÜST-ün vərəmə nəzarət üzrə yeni təlimatları
  • Penitensiar müəssisələrdə vərəmin profilaktikası və diaqnostikası
  • Vərəm üzrə infeksiyaya nəzarət tədbirləri
  • Məhbuslarla ünsiyyətdə təhlükəsiz davranış qaydaları
  • “Vərəm / İİV” və “Vərəm / C viruslu hepatit” müştərək infeksiyaları
  • Müasir laborator diaqnostika metodları
  • Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinə nəzarət

Təlim mərkəzində təlimlər hər il təsdiq olunmuş plana əsasən həyata keçirilir.