Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və İİV/QİCS, Vərəm və
Malyariya ilə mübarizə üzrə Qlobal Fondun “Azərbaycanın Penitensiar
Sistemində vərəmə nəzarətin gücləndirilməsi” (AZE-910-G06-T)
layihəsinin effektiv və nəticə etibarilə səmərəli olması məqsədi ilə Azərbaycan
Respublikasının Ədliyyə Naziri 23 noyabr, 2010-cu il tarixində Layihə İcra Qrupunun (LİQ)
yaradılmasına dair sərəncam imzalamışdır. LİQ bilavasitə Əsas Resipiyentin (Ədliyyə
Nazirliyi Tibb baş idarəsinin) nəzarəti altında təsis edilmişdir.