
Vərəmə
nəzarətin gücləndirilməsi üzrə Təlim Mərkəzi 2012-ci ilin martında təsdiq
edilmişdir, lakin vərəmlə mübarizə layihəsi çərçivəsində və beynəlxalq təşkilatların
dəstəyi ilə 1995-ci ildən başlayaraq aktiv fəaliyyət göstərir. Təlim mərkəzinin əsas
işçi heyəti ÜST ekspertlərindən, vərəmə nəzarət üzrə təcrübəli
menecerlərdən, həmçinin, peşəkar səhiyyə mütəxəssislərindən ibarətdir. Mərkəzin təlimçiləri ÜST beynəlxalq eksperti
tərəfindən keçirilən TOT (təlimçilərin təlimləndirilməsi) kursunu keçmiş və təlimlərin keçirilməsində zəngin təcrübəyə malikdirlər. 2014-cü ilin may ayında Təlim Mərkəzi
həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi
Statusunu qazanmışdır və ÜST-ün müvafiq bazasına daxil edilmişdir: http://apps.who.int/whocc/Detail.aspx?cc_ref=AZE-1&cc_code=aze&.
2018-ci ilin may ayında mərkəzin statusu növbəti 4 il müdətinə
uzadılıb.
Təlimlərin
proqramı ÜST-ün müasir tövsiyələrinə əsaslanır və həbsxanalarda vərəmə və
dərmanlara-davamlı vərəmə nəzarət üzrə Proqramın əsas aspektlərini özündə əks
etdirir.
Hər il müxtəlif auditoriyalar üçün 16-ya yaxın yerli təlim kursları təşkil edilir: а) Penitensir Sistemin qeyri-tibb personalı; в) periferik tibb müəssisələrinin tibb işçiləri (PS ilkin tibbi yardım mərkəzləri); с) ikinci səviyyəli tibb müəssisələrinin tibb personalı (ümumi profilli xəstəxanalar); d) üçüncü səviyyəli tibb müəssisələrinin personalı (vərəmin müalicəsi üzrə İxtisaslaşdırılmış Müalicə Müəssisəsi); e) 1-3 səviyyəli laboratoriyaların laborantları.
2012-ci ildən bugünədək 8 beynəlxalq tədris kursu keçirilib. Beynəlxalq kurslarda 17 ölkədən 96 dinləyici iştirak edib. İştirak edən dinləyicilərin təmsil etdiyi ölkələr: İtaliya, Rusiya, Cənubi Afrika, El-Salvador, Filippin, Şri-Lanka, Makedoniya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Moldova, Ukrayna.
Yerli nümayəndələr üçün indiyədək 96 təlim keçirilib. Bu təlimlərin dinləyiciləri
503 həkim, 307 orta tibb
işçisi, 490 penitensiar xidmət
əməkdaşı, 87-si
Səhiyyə Nazirliyi tibb müəssisələrinin həkimləri
olub.
2018-ci ilin ortasına qədər 11
ölkədən olan (Birləşmiş Krallıq, Çin Xalq Respublikası, Filippin,
İraq, Qazaxstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası, Belarus Respublikası,
Moldova Respublikası (“Dnestr çayının sahilləri arasında etibarliliğin
gücləndirilməsi tədbirləri” proqramı çərçivəsində) 18 nümayəndə heyətinin
tərkibində 120 şəxs Azərbaycanın həbsxanalarında vərəmə nəzarət sahəsində uğurlu
təcrübə ilə tanış olmaq məqsədi ilə Bakıya səfər edib.
Mərkəzin əsas işçi heyəti:
-
Ədliyyə
Nazirliyinin peşəkar səhiyyə mütəxəssisləri
-
Səhiyyə
Nazirliyinin elmi-tədqiqat və vərəməleyhi tibb müəssisələrin aparıcı
mütəxəssisləri
-
Beynəlxalq ekspertlər
-
Təcrübəli praktiki həkimlər
-
Ədliyyə
Akademiyasının müəllimləri
Keçirilən təlimlərin hədəf auditoriyası:
-
İxtisaslaşdırılmış müalicə müəssisəsinin (İMM) həkimləri
və orta tibb işçiləri
-
İMM-nin
qeyri-tibb ixtisaslı personalı (inzibati heyət, nəzarətçilər, rejim və əməliyyat
şöbələrinin əməkdaşları)
-
Penitensiar müəssisələrin müxtəlif ixtisaslı
həkimləri, orta tibb işçiləri və laboratoriya
əməkdaşları
-
Penitensiar xidmətin müxtəlif kateqoriyalı qeyri-tibb
ixtisaslı əməkdaşları (inzibati heyət, nəzarətçilər, rejim və əməliyyat
şöbələrinin əməkdaşları)
-
Penitensiar xidmətin hərbiləşmiş qurumlarının
əməkdaşları
-
Səhiyyə
Nazirliyinin vərəməleyhi tibb müəssisələrinin
həkimləri
-
Penitensiar müəssisələrə yeni işə qəbul olunmuş tibb
işçiləri
-
Penitensiar və mülki sektorlarda vərəm ilə mübarizə
sahəsində çalışan xarici ölkə nümayəndələri
Mövzular:
-
Vərəmin
diaqnostikası və müalicəsinin müasir metodları və
prinsipləri
-
ÜST-ün
vərəmə nəzarət sahəsində yeni təlimatları və onların icrası
istiqamətləri
-
Penitensiar müəssisələrdə vərəmin profilaktikasının,
aşkarlanmasının və diaqnostikasının xüsusiyyətləri
-
Vərəm
üzrə infeksiyaya nəzarət tədbirləri və bunların penitensiar müəssisələrdə
tətbiqinin xüsusiyyətləri
-
Məhbuslarla ünsiyyət zamanı penitensiar xidmət
əməkdaşlarının təhlükəsiz davranış qaydaları
-
“Vərəm/İİV” və “Vərəm/C viruslu hepatit” müştərək
infeksiyaları
-
Vərəmin müasir laborator
diaqnostika metodları
-
Azadlığa
buraxılan vərəmli xəstələrin müalicəsinə sona qədər nəzarət
olunması
Müraciətlər əsasında müxtəlif
mövzular
Təlim mərkəzində təlimlər hər il təsdiq olunmuş
plana əsasən həyata keçirilir.
2013-cü
ilin təlim planı
2014-cü
ilin təlim planı
2015-ci ilin təlim planı
2016-cı ilin təlim planı
2017-ci
ilin təlim planı
2018-ci
ilin təlim planı
2019-cu
ilin təlim planı