“Penitensiar müəssisələrdə vərəm bir problem kimi və vərəmlə mübarizə tədbirləri” mövzusunda təlim kursu

17.11.2014

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatı dəstəyi ilə, 12 dekabr 2014-cü il tarixində, Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə  ÜST ilə Əməkdaşlıq Mərkəzində “Penitensiar müəssisələrdə vərəm bir problem kimi və vərəmlə mübarizə tədbirləri” mövzusunda təlim kursu keçiriləcək. Məqsəd auditoriyası CÇM nəzarətçiləri olan tədbirin məqsədi iştirakçıları vərəm və vərəm/İİV infeksiyalarının profilaktikası barədə məlumatlandırmaqdan ibarətdir.

DAHA ƏTRAFLİ...